Pike: "Dünya çempionatının oyunlarını izləmədim"
“Barselona”nın və İspaniya millisinin sabiq üzvü Jerar Pike Qətərdə keçirilən dünya çempionatının oyunlarını izləmədiyini deyib.
Msport.az xəbər verir ki, o, keçmiş komanda yoldaşı Lionel Messini də təbrik etməyib:
“Yox, Messini təbrik etmədim. Bu, inanılmaz görünə bilər, amma mən karyeramı bitirdim və dünya çempionatından da uzaq qaldım. Finaldan başqa heç bir oyuna baxmadım. Həlledici görüşü də sona qədər izləmədim.
Hər şeydən uzaq olmaq istəyirdim, bir neçə günlük tətilə yollandım. Karyeramın son bir neçə ayı ağır keçdi. Odur ki, futboldan bir az uzaqlaşmalı idim”.
ANAR ABDULLAYEV







