featured-image-54674

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin durumuna aydınlıq gəlib.

Msport.az xəbər verir ki, belçikalı futbolçu Premyer Liqa çərçivəsində “Arsenal”la oyunu buraxmalı olacaq.

Buna səbəb ulduz futbolçunun Çempionlar Liqasının I turunda “İnter”lə görüşdə zədələnməsidi. Düzdü, 33 yaşlı pleymeykerin zədəsi ciddi deyil. Lakin baş məşqçi Pep Qvardiola onu qarşıdakı görüşdə riskə atmamaq qərarına gəlib.

Qeyd edək ki, Premyer Liqanın V turunun “Mançester Siti” – “Arsenal” oyunu sentyabrın 22-də keçiriləcək.

Bənzər xəbərlər