De Bruyne DÇ-2026-nı buraxa bilər
Belçika millisinin və “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne DÇ-2026-nı buraxa bilər.
Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu sağ budundan zədə alıb və əməliyyat olunub.
Neapol təmsilçisi onun üçün cari mövsümün erkən başa çata biləcəyindən narahatdır De Bruyne zədə səbəbilə ən azı 2026-cı ilin fevralına qədər oynaya bilməyəcək. Belçika millisi mundualın əsas mərhələsinə vəsiqə qazanacağı təqdirdə De Bruynenin komandasına kömək edə bilməmə ehtimalı da var.
DÇ-2026-nın Aropa zonası üzrə seçmə mərhələsinin 6 turundan sonra Belçika yığmasının 14 xalı var və J qrupunda liderdir. Mərhələnin başa çatmasına isə 2 tur qalıb.








