featured-image-44244

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne bir çox futbolçudan fərqli olaraq, Səudiyyə Ərəbistanında oynamağa can atmır.

Msport.az xəbər verir ki, Belçika millisinin üzvü ərəb ölkəsində çıxış etməyə müsbət yanaşmır.

Yaxın Şərq klubları yayda onu transfer edəcəklərinə inanırlar. 32 yaşlı pleymeykerin ilk seçimi hazırkı komandası ilə müqaviləni yeniləməkdi. Əgər “şəhərlilər”lə yeni sözləşmədə razılıq əldə olunmasa, o zaman De Bruyne ABŞ-a köçməyə üstünlük verəcək və MLS klublarından birinə qoşulacaq.

Qeyd edək ki, De Bruyne bu mövsüm Premyer Liqada 7 oyun keçirib, 4 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər