featured-image-42333

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İranın “Persepolis” komandasına rəhbərlik edə bilər.

Msport.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ayın əvvəlində Yəhya Qolməhəmmədi ilə yollarını ayıran klub italiyalı mütəxəssisin xidmətində maraqlıdır.

Hətta İran təmsilçisinin baş məşqçi postu üçün 68 yaşlı çalışdırıcı ilə danışıqlara başladığı iddia olunur.

Qeyd edək ki, Canni de Byazi ötən ilin noyabr ayında Azərbaycan yığmasından ayrılıb.

Bənzər xəbərlər