featured-image-36962

“Lukaku bizi daim təhlükədə saxladı”.

Msport.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “tuttomercatoweb.com” saytına açıqlamasında Belçika yığmasının futbolçusu Romelu Lukakunun onlara qarşı oyununu dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis “Roma”nın yay fasiləsində heyətinə cəlb etdiyi hücumçunun çıxışını yüksək qiymətləndirib: “Lukaku hələ ideal formada deyil, amma böyüyür. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Qapı qarşısında həmişə yaxşıdır. Yarımmüdafiədən dəstək verilsə, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, meydanda xeyli vaxtı oldu. İndi sadəcə, müntəzəm oynamalıdır. Fiziki gücü var, tam forma yığandan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. Lukaku Dibala ilə əla cütlük təşkil edəcək”.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika matçında qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

Bənzər xəbərlər