De Byazi: "Roberto Baccio ilə Ronaldu müəyyən mənada oxşar oyunçulardır
“Düşünürəm ki, yaş amili indi Kriştianunun çıxışına təsir edir. Həmçinin, o, “Mançester Yunayted”ə 100% uyğunlaşmamış da ola bilər”.
Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “tribalfootball.com”a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, portuqaliyalı hücumçunun karyerası inanılmaz alınıb və onun gördüyü işlər sehrlidir: “Futbolda müxtəlif dövrlərdə oynamış fərqli futbolçuları müqayisə etmək çox çətindir. Düşünürəm ki, Roberto Baccio ilə Ronaldu müəyyən mənada oxşar oyunçulardır. Baccio fərqli mövqedə oynasa da, Kriştianudan daha çox fantaziyaya malik idi”.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən yığmaya başçılıq edir.







