featured-image-42592

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Əl-Şabab” 33 yaşlı qolkiperlə maraqlanır.

Klubun ispaniyalı oyunçu ilə danışıq apardığı bildirilib.

Qeyd edək ki, 2011-ci ildən “qırmızı-şeytanlar”da çıxış edən David De Xea 2023-cü iyulunda komandadan ayrılıb.

Bənzər xəbərlər