featured-image-64487

“Fiorentina”nın qapıçısı David De Xea yenidən “Old Trafford”da oynaya bilər.

Msport.az xəbər verir ki, ispaniyalı qolkiperin bu dəfə sabiq komandası “Mançester Yunayted”ə rəqib olması gözlənilir.

Belə ki, “Fiorentina” avqustun 9-da “qırmızı şeytanlar”la Mançesterdə yoldaşlıq oyunu keçirəcək. De Xea isə ötən ilin yayından Florensiya klubunda çıxış edir.

Qeyd edək ki, 34 yaşlı qolkiper 2011–2023-cü illər ərzində “Mançester Yunayted”in formasını geyinib.

Bənzər xəbərlər