featured-image-23922

David de Xea “quru oyunlar”ın sayına görə “Mançester Yunayted”in rekordçusuna çevirilib. Msport.az xəbər verir ki, ispaniyalı qolkiper “Nyukasl”la İngiltərə liqa kubokunun finalında qapısının toxunulmazlığını qoruya bilib – 2:0.

Bu, 32 yaşlı futbolçunun “qırmızı şeytanlar”ın heyətində qol buraxmadan keçirdiyi 181-ci matç olub. De Xea bu göstəriciyə görə, əfsanəvi danimarkalı Peter Şmeyxeli geridə qoyub – 180 oyun.

De Xea “Mançester Yunayted”də 522 oyun keçirib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər