featured-image-29201

Hazırda menecer kimi fəaliyyət göstərən “Barselona”nın sabiq oyunçusu Deku kluba dönə bilər. Msport.az xəbər verir ki, Portuqaliya millisinin sabiq üzvünün klubda idman direktoru təyin olunma variantı var.

İyunun sonunda hazırkı direktor Mateu Alemani Kataloniya təmsilçisini tərk edəcək. Deku Alemaninin əvəzləyicisi ola bilər. Onun “Barsa”nın prezidenti Joan Laporta ilə çox yaxşı münasibətləri var.

Deku Pyer-Emerik Obameyanq və və Rafinyanın transferləri zamanı “Barselona”ya kömək göstərib. O, hər iki futbolçunun meneceridir.

Mənbənin sözlərinə görə, “Barsa” demək olar ki, Deku ilə razılığa gəlib.

ANAR 

Bənzər xəbərlər