featured-image-67991

“Tottenhem”, “Everton” “Beşiktaş” kimi klublarda oynamış Dele Alli karyerasını bitirə bilər. Msport.az xəbər verir ki, 29 yaşlı futbolçu 2,5 il ərzində cəmi bir dəfə meydana çıxıb.

İngiltərəli yarımmüdafiəçi qışda Fabreqasın rəhbərlik etdiyi “Komo”ya keçərkən ümidlər böyük idi. Onun İtaliya təmsilçisində yenidən əvvəlki formasını bərpa edəcəyi güman olunurdu.

Dele Alli “Komo”nun heyətində martda “Milan”la matçda debüt edib. O, ilk görüşdəcə qırmızı vərəqə alaraq, həm komandasını həm də özünü pis vəziyyətə qoymuşdu.

“La Gazzetta dello Sport”un yazdığına görə, Dele Alli indi fərdi məşqlər edir. “Komo” rəsmiləri onu transfer etdikləri üçün peşman olublar.

Deyilənə görə, bu cür davam edərsə, futbolçu 29 yaşında karyerasını bitirə bilər.

Xatırladaq ki, Dele Alli İngiltərə millisində 37 oyunda 3 qol vurub.

Bənzər xəbərlər