featured-image-27929

“Barselona”nın vingeri Usman Dembele aprelin sonunda meydana qayıdacaq. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, fransalı futbolçu yanvarın 28-də “Jirona” ilə oyunda zədələnmişdi.

Dembele o vaxtdan yaşıl meydanlardan kənarda qalmışdı. 25 yaşlı oyunçu gələn həftə komanda ilə birgə məşqlərə başlayacaq.

Əvvəlcə Dembelenin aprelin 23-də “Atletiko” ilə matçda sıraya dönəcəyini proqnozlaşdırırdılar. İndi bu variant demək olar ki, mümkün deyil.

Böyük ehtimalla, o, aprelin 26-da “Rayo Valekano” ilə görüşdə çıxış edə biləcək. Futbolçu meydana çıxmamışdan əvvəl son dəfə topla bəzi hərəkətləri özündə ehtiva edən testdən keçəcək.

Dembele bu mövsüm La Liqada 18 oyunda 5 qol vurub və beş məhsuldar ötürmə verib.

ANAR

Bənzər xəbərlər