featured-image-23986

“Barselona”nın futbolçusu Usman Dembele keçmiş komandası “Evre”yə maddi yardım göstərib.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, vinger Fransanın IV liqasında mübarizə aparan komandaya kömək edib.

Fransa millisinin üzvü klubun hesabına 100 min avroya yaxın pul köçürüb.

Klubun prezidenti Samuel Briqantino və Evre şəhərinin meri Evre Qi Lefran Dembeleyə yardıma görə təşəkkür ediblər.

“Evre”nin açıqlamasında deyilir ki, Usman həmişə kluba dəstək olub, indi də onun 700 üzvünün daha yaxşı şəraitdə idmanla məşğul olması üçün əlindən gələni edib.

Qeyd edək ki, birinci dəfə deyil ki, Dembele doğma klubuna və şəhərinə yardım göstərir. 2020-ci ilin mayında o, koronavirusla mübarizədə tibbi ləvazimatlar göndərmişdi.

Usman 7 yaşında “Evre”də futbolla məşğul olmağa başlayıb. O, 2010-cu ildə “Renn”ə keçib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər