featured-image-34479

“Barselona”nın müdafiəçisi Markos Alonso yarımmüdafiəçi Usman Dembelenin PSJ-yə mümkün transferindən danışıb.

Msport.az xəbər verir ki, ispaniyalı oyunçu bu barədə təmkinli davranıb. O, fransalı futbolçunun mümkün transferi üçün bunları deyib:

“Dembele hələ komandaya heç nə deməyib. Əgər bu barədə rəsmi açıqlama verilməyibsə, o zaman bu məlumat növbəti şayiə sayıla bilər. Gəlin görək yaxın gələcəkdə nə baş verəcək. Hər il oyunçular uyğunlaşmalı və irəli getməli olduqları yeni komandalara keçirlər”.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Cinah oyunçusu ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər