featured-image-62272

PSJ-nin futbolçusu Usman Dembele XXI əsrin rekorduna imza atıb.

Msport.az xəbər verir ki, o, 2025-ci ildə martın 1-nə qədər 18 qol vurmaqla bunu reallaşdırıb.

Dembele son olaraq Liqa 1-in XXIV turunda “Lillə” 4:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib. Fransa millisinin üzvü bununla sabiq komanda yoldaşı olan Lionel Messinin XXI əsrdəki rekordunu təkrarlayıb. Argentinalı 2016-cı ildə “Barselona”da olarkən martın 1-nə qədər 17 qol vurmuşdu.

Qeyd edək ki, Dembele Liqa 1-də 18 qolla bombardirlər yarışına başçılıq edir. O, cari mövsüm bütün turnirlərdə 33 oyunda 26 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər