featured-image-70025

PSJ-nin futbolçusu Usman Dembele “Qızıl top”u qazandıqdan sonra onu ilk təbrik edən şəxsin adını açıqlayıb. Msport.az xəbər verir ki, “İnter Mayami”nin və Argentina millisinin üzvü Lionel Messi fransalı hücumçunu ilk təbrik edən adam olub.

“Məni birinci kim təbrik elədi? Leo Messi! O, canlı yayım zamanı mənə sms göndərdi” – Dembele belə deyib.

Qeyd edək ki, Messi ilə Dembele 2017-2021-ci illərdə “Barselona”da çıxış ediblər.

 

Bənzər xəbərlər