featured-image-34580

“Qalatasaray” yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, İstanbul nəhəngi “Bayer Leverkuzen”dən Kərəm Dəmirbayı heyətinə qatıb. Bundesliqa klubu Kərəmin transferindən 3,7 milyon avro qazanacaq.

30 yaşlı futbolçu ilə üç mövsümlük müqavilə bağlanılıb. Türk əsilli alman oyunçunun maaşı illik 1 milyon avro olacaq.

Qeyd edək ki, Dəmirbay 2019-cu ildən “Bayer”də çıxış edirdi. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər