featured-image-20611

Memfis Depay qış fasiləsində transfer dönəmində böyük ehtimalla “Barselona”nı tərk edəcək. Msport.az xəbər verir ki, bu məlumatı insayder Fabritsio Romano yayıb.

Hər şey plan üzrə getsə, inderlandlı hücumçu özünü yeni komandada sınayacaq. O, “Atletiko”ya keçməyə hazır olsa da, Madrid klubu hələ kataloniyalılarla danışmayıb. Klublar arasında danışıqların yeni mərhələsi olacaq.

“Atletiko” 28 yaşlı futbolçunu ələ keçirərək İngiltərə klublarını qabaqlamaq istəyir.

Depay bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 4 oyunda 1 qol vurub.  O, cəmi 206 dəqiqə meydanda olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər