featured-image-20938

Niderland millisinin hücumçusu Memfis Depayın “Barselona”dan “Atletiko”ya keçidi reallaşmağa yaxındır.

Msport.az jurnalist Karlos Monforta istinadən xəbər verir ki, futbolçu bu gün Bakı vaxtı ilə saat 11-də xüsusi təyyarə ilə Madridə uçub. 28 yaşlı forvard paytaxt klubunda tibbi müayinədən keçəcək.

“Barselona” Depayın satışına görə 3-4 milyon avro qazanacaq.  O, “Atletiko” ilə 2025-ci ilin iyununa kimi müqavilə bağlayacaq.

Depay bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 4 oyuna 1 qol vurub. O, meydanda ümumilikdə cəmi 206 dəqiqə keçirib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər