featured-image-21649

“Bayern Münhen” Almaniya Bundesliqasında ardıcıl 3-cü heç-heçə edib.

Msport.az xəbər verir ki, bu dəfə Yulian Naqelsmannın komandası “Ayntraxt”la bərabərə qalıb – 1:1. Naqelsmann oyundan sonra niyə qələbə qazana bilmədiklərinə belə aydınlıq gətirib:

“Biz yaxşı başlamışdıq, yaxşı oyun göstərirdik. Sonra meydanın hər yerində daha yavaş oynamağa başladıq. 2-3 epizodumuz var idi ki, hesabı 2:0 edək. Buraxılan qolda isə ardıcıl səhvlər rol oynadı, halbuki bundan qaçmaq olardı.

Hesab qanunauyğundur, amma qalib gəlmək istəyirdik. Biz bir çox aspektlərdə artıra bilərik, xüsusən də oyunu sürətləndirmək. Bu gün bizim müdafiə xətti ilə və Kolo-Muaini arasında böyük boşluq yaranmışdı.

Dərindən müdafiə olunan komandalara qarşı oynamaq çətindir.  Biz heç də yaxşı nəticəyə nail olmadıq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər