featured-image-18609

Didye Deşam ən azı 2024-cü ilə qədər Fransa millisinin baş məşqçi postunda qalacaq. Msport.az xəbər verir ki, “Le Parisien” bu iddanı səsləndirib.

Nəşrin yazdığına görə, 54 yaşlı mütəxəssisin müqaviləsi uzadılacaq. O, ən azı 2024-cü ilə kimi yığmanın sükanı arxasında olacaq. Deşam qitə çempionatlarındakı son uğursuzluqlardan sonra Avro-2024-ü qazanmaq istəyir. Xatırladaq ki, onu rəhbərlik etdiyi Fransa AÇ-2016-da finalda Portuqaliyaya, AÇ-2020-də isə 1\8 finalda İsveçrəyə uduzmuşdu.

Tərəflər artıq müqavilənin uzadılması ilə bağlı razılığıa gəliblər. Zinəddin Zidanın yığmanın baş məşqçi postuna dəvət olunmasından imtina edilib.

Bənzər xəbərlər