featured-image-24925

Fransa millisinin baş məşqçisi Didye Deşam argentinalı futbolçuların dünya çempionatındakı davranışını tənqid edib.

Msport.az “Figaro”ya istinadən xəbər verir ki, o, mundialın finalını bir daha xatırlayıb:

“Yolverilməz davranış və münasibət idi. Mən əleyhinə deyiləm, onlar istəyirlər lap göyə tullansınlar, sevinsinslər. Lakin bizə hörmət göstərmirdilər.

Heç kim buna layiq deyildi, xüsusən də Kilian Mbappe. Ondan sonra üzr istədilər… Lakin bəzi davranışlar həddən artıq irəli getdi”.

Xatırladaq ki, Fransa DÇ-2022-nin finalında əsas vaxtı 2:2 başa çatan görüşdə oyunsonrası penalti zərbələrində Argentinaya uduzmuşdu.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər