featured-image-25374

Fransa millisinin baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsinin qarşıdakı iki oyunu üçün heyəti açıqlayıb.

Msport.az xəbər verir ki, Fransa martın 24-də Niderland, 27-də isə İrlandiya ilə qarşılaşacaq.
Deşam Mbappe, Jiru, Qrizmann kimi aparıcı futbolçulara dəvət göndərib.

Qapıçılar: Alfons Areola (Vest Hem), Mik Menyan (Milan), Bris Samba (Lans).

Müdafiəçilər: Eduardu Kamavinqa (Real), Uesli Fofana (Çelsi), Teo Ernandes (Milan), İbrahima Konate (Liverpul), Jül Künde (Barselona), Benjamin Pavar (Bayern), Vilyam Saliba (Arsenal), Dayo Upamekano (Bayern).

Yarımmüdafiəçilər: Yussuf Fofana (Monako), Adrian Rabyo (Yuventus), Orelyen Çuameni (Real), Kefren Türam (Nitsa), Jordan Veretu (Marsel).

Hücumçular: Kinqsli Koman (Bayern), Mussa Diabi (Bayer), Olivye Jiru (Milan), Antuan Qrizmann (Atletiko), Kolo Muani (Ayntraxt), Kilian Mbappe (PSJ), Markus Türam (Borussiya Münhenqladbax).

ANAR ABDULLAYEV

Bənzər xəbərlər