featured-image-21386

Fransa millisinin sabiq üzvü Emmanuel Peti bəyan edib ki, Dİdye Deşam dünya çempionu olduğu komanda yoldaşları ilə ünsiyyət saxlamır.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, 1998-ci ildə mundialın qalibi olmuş futbolçu Deşamın xarakterində problemlər olduğunu bildirib:

“Deşamın kiminlə münasibətləri yaxşıdır ki? Düzü, bilmirəm. 1998-ci ildə dünya çempionu olmuş futbolçular çoxdanqdır ki, onunla danışmırlar. Deşam Marsel Desayi ilə danışırmı? Ola bilər, məndə dəqiq məlumat yoxdur. Lakin o, bizimlə kontakt qurmur. Bu da qarşılıqlıdır. Bezdik susmaqdan, doğru olanı deməməkdən. Deşam başqa kimlə ünsiyyət qurur? Heç kimlə. Bax belə”.

Xatırladaq ki, yanvarın 7-də Deşam Fransa millisinin baş məşqçisi kimi müqaviləsini 2026-cı ilədək uzadıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər