featured-image-29115

 

PSJ-nin fəal azarkeşləri klub rəhbərliyindən narazıdırlar.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, fanatlar Paris təmsilçisinin qərargahı qarşısında etiraz aksiyası keçirəcəklər.

İddiaya görə, onlar “Loryan”lə matçdan (1:3) sonra komandanın məşq bazasına gedərək rəhbərliyə, məşqçilərə və futbolçulara etirazlarını bildiriblər.

Azarkeşlər bu gün yenidən klubun baş ofisinin qarşısında etiraz aksiyası təşkil ediblər. Onlar üzərində “Dəyişiklik vaxtı gəldi – PSJ öz ruhunu və əzəmətini yenidən kəşf etməlidir. Tədbir dinc keçəcək, hər şey mütəşəkkil və ağlabatan olmalıdır” yazılmış pankart açıblar.

Bənzər xəbərlər