featured-image-29771

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya yay transfer pəncərəsində azad agent kimi “Barselona”ya keçə bilər.

Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, 35 yaşlı argentinalı futbolçu karyerasını davam etdirmək üçün müxtəlif variantlar axtarır.

Dünya çempionu ya vətəninə qayıdacaq, ya da Kataloniya klubuna keçəcək. Di Mariya hələ ötən mövsüm PSJ ilə müqaviləsi başa çatanda öz xidmətlərini “Barsa”ya təklif edib. Xavinin komandası onunla müqavilə bağlamaq istəsə də, son anda yaşına görə tərəddüd edib.

Qeyd edək ki, “Barsa” son cinah vingeri axtarışlarını davam etdirir. Di Mariyanın “Barselona”ya qayıtması gündəmdə olan Lionel Messi ilə də münasibətləri əladır.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər