Di Mariya milli ilə vidalaşır
“Benfika” klubunda çıxış edən Anxel Di Mariya Argentina millisindəki karyerasını başa vurur.
Msport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə instaqram hesabında bildirib.
“Amerika Kubokunda son dəfə milli komandanın formasını geyinəcəyəm. Karyeramda baş verən ən gözəl hadisə ilə vidalaşıram. Azarkeşlərə, ailəmə təşəkkür edirəm. Dostlar və komanda yoldaşları, biz tarix yazmağa davam edirik”.
Qeyd edək ki, Amerika Kuboku 2024-cü il iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Di Mariya 2022-ci ildə yığma ilə Qətərdəki dünya çempionatının qalibi olub.







