featured-image-19352

Anxel Di Mariya Argentina millisindəki karyerasını davam etdirəcək. Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, “Yuventus”un 34 yaşlı yarımmüdafiəçisi yığmadakı çıxışlarını başa vurmaq niyyətində deyil.

Lionel Messi də Di Mariyanın hələ millidə qalıb oynamasını istəyirdi.

Bir müddət əvvəl futbolçu bəyan etmişdi ki, Qətərdəki dünya çempionatı onun yığmadakı son turniri ola bilər.

Di Mariya seçmə komandada 2009-cu ildə Maradona baş məşqçi olarkən debüt edib.

O, milli komandada 129 oyunda 28  qol vurub və 29 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər