featured-image-20057

Futbol üzrə Argentina milli komandasının hücumçusu Paulo Dibala maraqlı addım atıb.

Msport.az xəbər verir ki, o, DÇ-2022-də qazandığı qızıl medalı şərəfini qoruduğu “Roma” klubunun muzeyinə bağışlayıb.

Cənubi amerikalı futbolçu 2022-ci ilin iyulunda “Yuventus”dan “Roma”ya keçib. O, paytaxt təmsilçisinin heyətində İtaliya A Seriyasında 10 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

29 yaşlı Dibala Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 2 oyuna çıxıb.

Bənzər xəbərlər