featured-image-701

Avropanın dörd top-klubu “Yuventus”un hücumçusu Paolo Dibala ilə maraqlanır.

Msport.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Skira məlumat yayıb. “İnter”, “Atletiko”, “Barselona” və PSJ futbolçunun nümayəndəsi ilə danışıqlar aparıbar. Adıçəkilən klublar argentinalı forvardı yayda azad agent kimi heyətə qatmaq istəyirlər.

Qeyd edək ki, Dibalanın yayda Turin klubundan ayrılacağı açıqlanıb.

28 yaşlı futbolçu cari mövsüm A seriyasında 21 oyunda 8 qol vurub.

Bənzər xəbərlər