featured-image-83482

“Real”ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 8-ci turunda “Vilyarreal”la oyundan (1:0) sonra mətbuat konfransına gəlməyib.

Msport.az xəbər verir ki, həmin matçda Vinisius Junior qırmızı vərəqə qalıb.

Portuqaliyalı mütəxəssis mətbuat konfransında hakimin ünvanına xoşagəlməz ifadələr işlədib cəzalanacağından ehtiyat edib. O, növbəti tur “Sevilya” ilə matçı buraxmaq istəməyib.

Xatırladaq ki, Vinisius topu qapıya vurmamışdan qabaq qonaqların müdafiəçisi Natan Dilan Salibanın saçlarından tutub dartib. VAR-a baxıldıqdan sonra qol ləğv olunub və braziliyalı futbolçuya qırmızı vərəqə göstərilib.

Bənzər xəbərlər