featured-image-48942

Argentina millisinin futbolçusu Paulo Dibala İtaliyanın “Roma” klubundan ayrılacaq.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi “Atletiko” argentinalı üçün danışıqları davam etdirir.

Madrid təmsilçisi Dibala üçün qarşı tərəfə 15 milyon avro təklif göndərib. Hazırda danışıqlar davam edir və yaxın günlərdə Paulonun İspaniya paytaxtına yollanacağı gözlənilir.

30 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə İtaliya A seriyasında 28 matça çıxıb, 13 qol vurub və 9 asist edib.

Bənzər xəbərlər