featured-image-52452

İtaliyanın “Roma” klubunun futbolçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifi yenidən rədd edib.

Msport.az xəbər verir ki, bu barədə Nikolo Skira bildirib.

ƏlQadisiyah” argentinalı oyunçuya 25 milyon avro maaş və 4 illik müqavilə təklif edib.  Lakin Dibala paytaxt təmsilçisi ilə kubok qazanmaq istədiyi üçün klubda qalmağa qərar verib.

Qeyd edək ki, o, ötən mövsüm “Roma”da 39 matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər