featured-image-25958

“Roma”nın hücumçusu Paolo Dibala keçmiş komandasından pulunu almaq üçün məhkəməyə müraciət edə bilər. Msport.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, o, Turin klubundan 50 milyon avro tələb edir.

Mənbənin sözlərinə görə, Dibalanın məhkəməyə müraciəti onunla bağlı ola bilər ki, “Yuve”ni ötən mövsümün sonunda azad agent kimi tərk edən argentinalı forvard bundan əvvəl turinlilərlə 5 illik ilkin müqavilə ilə bağlı razılığa gəlib.  Lakin “Yuventus” rəhbərliyi fikirini dəyişərək, onunla anlaşmanı uzatmayıb.

“Yuventus”un 5 illik müqaviləyə görə söz verdiyi məbləğlə futbolçunun “Roma”dan alacağı pul arasında 50 milyon fərq var.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər