Didye Deşam: “Bu faciəyə biganə qala bilmərəm”
Fransa millisinin baş məşqçisi Didye Deşam “xoruzlar”ın və “Yuventus”un futbolçusu Pol Poqbanın dopinqə görə qəbul 4 illik diskvalifikasiyası ilə bağlı bağlı danışıb.
Msport.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis bu hadisəyə görə kədərləndiyini bildirib.
“Poqbanın dopinq istəməsinə bir an belə inanmıram. Təbii ki, faciəsinə biganə qala bilmərəm. Ümid edirəm ki, məsələ həll olunacaq. Mən inanmaq istəyirəm. Dopinqin olması şübhə doğurmur. Bir problem var və Poqba CAS-da özünü müdafiə etmək və hakimləri bilərəkdən qadağan olunmuş dərman qəbul etmədiyinə inandırmaq üçün başqa bir döyüşlə üzləşir”.
Qeyd edək ki, 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda “Udineze” ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub. O, ötən ilin sentyabrından Turin təmsilçisində məşqlərə qatılmır. “Yuventus” cəza rəsmiləşən kimi onunla müqaviləni ləğv edəcəyini bildirmişdi. Təcrübəli futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının, 20202021 mövsümündə Millətlər Liqasının qalibi olub.