Dieqo Kosta Braziliya klubuna keçdi
Dieqo Kostanın yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, 34 yaşlı hücumçu Braziliyanın “Botafoqo” klubuna keçib.
İspaniya millisinin sabiq üzvü mövsümün sonuna qədər “ağ-qaralar”ın heyətində çıxış edəcək.
Qeyd edək ki, Dieqo Kosta son mövsümü “Vulverhempton”da keçirib. O, “canavarlar”la keçirdiyi 25 matçda cəmi 1 qol vurub.
Royal Türksoy