featured-image-29069

“Vulverhempton” Dieqo Kosta ilə müqaviləni uzatmaq niyyətində deyil.

Msport.az xəbər verir ki, ispaniyalı hücumçu yaxın vaxtlarda klubsuz qala bilər.

Baş məşqçi Xulen Lopeteqi Kostanın liderlik keyfiyyətlərini yüksək qiymətləndirsə də, ona daim əsas heyətdə yer verə bilmir. 34 yaşlı forvarda yeni müqavilə təklif olunmasa, o, iyulda azad agent olacaq.

Braziliyalı futbolçu “Vulverhempton”un ən yüksək ödənişli futbolçularından biri hesab olunur. Onun maaşı komandanın ən yaxşı oyunçuları Joau Moutinyo və Raul Ximenesdən az fərqlənir.

Təcrübəli hücumçu cari mövsümdə bütün turnirlərdə 22 oyun keçirib və cəmi 1 qol vurub.

Onun “canavarlar”la müqaviləsi iyunun sonuna kimidir.

“Transfermarkt”ın qiymətləndirməsinə görə, Kostanın dəyəri 3,5 milyon avrodur.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər