Dieqo Qodin karyerasını bitirdi
Məşhur futbolçu Dieqo Qodin karyerasını bitirdiyini açıqlayıb.
Msport.az xəbət verir ki, 37 yaşlı futbolçu bu haqda şəxsi instaqram səhifəsində məlumat yayıb.
Qodin karyerası ərzində “Serro”, “Nasional”, “Vilyarreal”, “Atletiko Madrid”, “İnter”, “Kalyari”, “Atletiko Mineyro” və son olaraq “Veles”də çıxış edib. O, 159 oyun sayıyla Uruqvay millisinin rekordçusudur.
Qodin karyerası ərzində İspaniya La Liqası, İspaniya kuboku, Avropa Liqası və Kopa Amerika kimi mötəbər turnirlərdə çempionluğu yaşaya bilib.
Royal Türksoy







