Dieqo Simeone daha bir həmyerlisini yanına apardı
“Atletiko” “Yuventus”un hücumçusu Niko Qonsalesin keçidini həll edib. Msport.az xəbər verir ki, argetninalı forvard cari mövsümü icarə əsasında Madrid klubunda keçirəcək.
Qonsales “Yuve”yə 2024-cü ilin yayında “Fiorentina”dan keçmişdi. 27 yaşlı futbolçu buna qədər “Ştutqart”ın şərəfini qoruyub.
Qeyd edək ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone də argentinalıdır.