featured-image-30193

Kiyev “Dinamo”su gələn mövsüm Çempionlar Liqasında (ÇL) çıxış etməyəcək. Msport.az xəbər verir ki, paytaxt klubu turnir cədvəlində 3-cü yerdən yuxarı qalxa bilməyəcək.

“Dnepr -1″in “Kolos” üzərində qələbəsindən (2:1) sonra “Dinamo” ÇL-in təsnifat mərhələsinə vəsiqə verən 2-ci yeri tutmaq şansını itirib.

Mövsümün başa çatmasına 4 tur qalmış 2-ci yeri tutan “Dnepr -1” Kiyev təmsilçisini 14 xal qabaqlayır. “Dinamo” 26 oyundan 50 xal toplayıb.

“Dinamo” sonuncu dəfə 2013-2014 mövsümündə ÇL-ə vəsiqə qazana bilməyib. Həmin vaxt komandaya Oleq Bloxin rəhbərlik edirdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər