"Dinamo" Mahir Emrelini 1 milyona satır
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını tərk edəcək.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu geridə qalan müddətdə Zaqreb təmsilçisində özünü sübut edə bilməyib.
İddiaya görə, o, 1 milyon avroya Avropa klublarından birinə transfer olunacaq.
Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.







