"Dinamo" Mahiri Yunanıstana aparmadı
Xorvatiyanın “Dinamo” klubu PAOK-a qarşı keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.
Msport.az xəbər verir ki, Zaqreb təmsilçisi Yunanıstana aparılacaq heyətə azərbaycanlı futbolçu Mahir Emrelini daxil etməyib.
Qeyd edək ki, PAOK – “Dinamo” görüşü martın 14-də olacaq. İlk matçda xorvatlar qələbə qazanıblar – 2:0. Yanvarın əvvəlində sıradan çıxan forvard bu yaxınlarda zədəsini sağaldıb və komanda ilə məşqlərə qoşulub.