featured-image-36643

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Msport.az xəbər verir ki, 28 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı var.

Bu isə o deməkdir ki, baş məşqçi Sergey Yakiroviç qrup matçlarında 26 yaşlı forvardın xidmətindən də yararlanacaq.

Qeyd edək ki, “Dinamo” “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Bənzər xəbərlər