featured-image-60118

Türkiyə I Liqasında XX turun oyunları davam edir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” səfərdə “Erzurumspor”la üz-üzə gəlib.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi matçın 78-ci dəqiqəsindəmeydana daxil olub. 20 turdan sonra aktivində 34 xal olan “Bandırmaspor” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bənzər xəbərlər