featured-image-35830

Türkiyənin 1-ci liqasında 2-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” evdə “Göztepe” ilə qarşılaşıb.

Matç 0:0 hesabı ilə başa çatıb. Coşqun meydana start heyətində çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Diniyev ilk turda da meydana start heyətdə daxil olmuşdu.

Bənzər xəbərlər