featured-image-69433

“Barselona”nın sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını bitirib.

Msport.az xəbər verir ki, bu barədə ukraynalı müdafiəçinin agenti Aleksandr Pankov bildirib.

38 yaşlı arxa xətt oyunçusu 2024-cü ilin yayında “Şaxtyor”dan (Ukrayna) ayrıldıqdan sonra klubsuz idi. O, Yunanıstanın “Aris” klubunun baş məşqçisi Manolo Ximenesin köməkçisi olacaq.

Qeyd edək ki, Çiqrinski 2009-2010-cu illərdə “Barselona”da forma geyinib. Karyerasının böyük hissəsini “Şaxtyor” və AEK-də (Yunanıstan) keçirib. O, Ukrayna millisinin heyətində 29 oyunun iştirakçısı olub.

Bənzər xəbərlər