featured-image-84579

Almaniyanın “Haydenhaym”ı klubunun baş məşqçisi Frank Şmidt mövsümün sonunda komandadan ayrılacaq.

Msport.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

52 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib. Beləliklə, onun 2007-ci ilin sentyabrından davam edən “Haydenhaym”dakı fəaliyyəti başa çatacaq.

Şmidt ayrılmaq qərarını məşqçilik fəaliyyətinə fasilə vermək istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, Frank Şmidt “Haydenhaym”ı 2007-ci ildən çalışdırır.  Həmin vaxt 4-cü liqada mübarizə aparan kollektiv ötən mövsüm Bundesliqadan 2-ci Bundesliqaya düşüb. Şmidt Almaniyada bir klubda ən çox işləyən mütəxəssis kimi tarixə düşüb.

Bənzər xəbərlər