Millimiz Çexiya ilə bərabərə qaldı
Futzal üzrə Azərbaycanın millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 2:2.
5 noyabr
Azərbaycan – Çexiya – 2:2
Qollar: Kənan Manafov, 12 (1:0), Seydler, 22 (1:1), Murad Quluzadə, 26 (avtoqol, 1:2), Zaruba, 37 (avtoqol, 2:2).
Qeyd edək ki, millimiz ilk oyunda səfərdə Çexiyaya 1:2 hesabı ilə uduzub. Yığma növbəti matçlarını Latviya ilə keçirəcək. Komandalar fevralın 27-də Latviyada, martın 3-də isə Azərbaycanda üz-üzə gələcəklər.







