featured-image-75193

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində “Nyukasl”la ilk matçına çıxıb. Oyun qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Msport.az xəbər verir ki, “Nyukasl”ın baş məşqçisi Eddi Hau jurnalistlərin suallaırını cavablandırıb:

“Bu gün yaxşı çıxış etdik, dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yol verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. “Çelsi” ilə burada yaxşı oyun sərgiləmişdilər.  Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır.”

Bənzər xəbərlər